Hipofiz adenomalarının endoskopik cərrahiyəsi

Hipofiz adenomları

Hipofiz adenomlarının çoxu xoşxassəli və yavaş böyüyən şişlərdir, bu o deməkdir ki, törəmə başqa orqanlara yayılmır. Buna baxmayaraq törəmə böyüdükcə qonşu strukturlara təzyiq göstərir (məsələn görmə sinirləri), buda öz növbəsində xəstədə simptomların yaranmasına səbəb olur.

Hipofiz nədir?

Hipofiz vəzi noxud olçüsündə bir orqan olub beynin əsasında, burunun arxa tərəfində, əsas sümüyün türk yəhəri çuxurunda, hipotalamusun bilavasitə altında yerləşir. Hipofiz vəzi xüsusi maddələr (hormonlar) ifraz edərək başqa vəzilərin işini idarə edən bir orqandır. Buna görə hipofiz vəzini MAESTRO vəzi adlandirirlar. Bu yolla hipofiz bədənimizdə gedən bir çox prosesləri idarə edir, məsələn böyümə, inkişaf və çoxalma. Bundan başqa böyrək, süd vəziləri və uşaqlıq kimi orqanlarında funksiyasına nəzarət edir.

Hipofiz vəzi üç paydan ibarətdir və hər payın uyğun olaraq öz funksiyası var. Ön pay hipofiz vəzinin 80%-ni təşkil edir və kəllənin ön tərəfinə ən yaxın paydır. Funksiyası qan dövranına hormonlar ifraz etməkdir. Həmin hormonlar qanla hədəf vəzilərə və ya orqanlara ötürülərək onların işini tənzimləyir.

Orta pay sadəcə bir hormon ifraz edir, hansıki dərinin piqmentləşməsini idarə edir.
Arxa payı heç bir hormon ifraz etmir. Əvəzində hipotalamusdan gələn sinir hüceyrələrini özündə saxlayır. Həmin sinir hüceyrələrində sintez olunan hormonlar lazımi istifadə üçün hipofizin arxa payında depolanır.

Hipotalamus və hipofiz çox sıx əlaqəli işləyir. Hipotalamusda sintez olunan hormonlar öz növbəsində hipofizin hormon ifrazını tənzimləyir.

Hipofiz adenomu nədir?

Hipofiz adenoması hipofiz vəzinin normadan artıq böyüməsi və ya şiş əmələ gətirməsidir. Əsasən xoşxassəli olub bədənin başqa hissələrinə yayılmır və başqa orqanlara keçmir, buna görə onlar xərçəng sayılmır. Buna baxmayaraq hipofiz adenomu böyüyərək ətraf toxumaları sıxaraq uyğun simptomların yaranmasına səbəb olur. Buna KÜTLƏ EFFEKTİ deyilir.

Böyük ölçülü adenomlar normal hipofiz hüceyrələrinin işini pozaraq vəzin hipofunksiyasına səbəb olur. Buda öz növbəsində arterial təzyiqin enməsinə, yorğunluğa və cinsi istəyin azalmasına səbəb olur. Həmdə stresə qarşı müqavimətində azalmasına səbəb olur. Hipofiz adenomları ölçülərinə uyğun olaraq adlandırlır. Ölçüsü 1 sm-dən aşağı olanlar mikroadenoma adlandırılır. 1 sm-dən böyük olanlar makroadenoma adlanır. Bir çox adenomlar qan dövranına hormon ifraz edərək uyğun simptomların yaranmasına səbəb olur, amma bütün hipofiz adenomları hormon ifraz etmir.

Bəzi hipofiz adenomları hormon inaktivdir bunlara NULL hüceyrə adenomları deyilir. Təqribən hipofiz adenomlarının üçdə-biri qeyri aktivdir. Onlar adətən böyüyərək kütlə effekti yaratdıqları zaman ortaya çıxan simptomlara görə tapılır.

Hansı tezlikdə hipofiz adenomları görülür?

Hipofiz adenomları bütün kəllədaxili törəmələrin 10-15% təşkil edir. Hər 100 000-də 77 nəfərdə görülür və 20% insanların həyatının müəyyən vaxtında baş verir. Hipofiz adenomlarının böyük hisəəsi mikroadenomadır və hec bir ciddi simptom yaratmadığı üçün tapılmır. Makroadenomlar da mikroadenomlar kimi tez-tez rast gəlinir. Hipofiz adenomları hər hansı yaşda görülməsinə baxmayaraq əsasən 30-40 yaşlarında, qadınlarda kişilərə nisbətən daha çox görülür.

Hipofiz adenomlarının yaranmasına nə səbəb olur?

Hipofiz adenomlarının yaranmasının dəqəq səbəbi bilinmir.Nəzəriyyəyə görə DNT zəncirində olan təsadüfi dəyişikliklərə görə yaranır. DNT bizim gen materialımızdır. Genlər xüsusi zülallar sintez edir, hansıki hüceyrənin funksiyasını, böyüməsini və çoxalmasını təmin edir. DNT zəncirində olan həmin dəyişikliklər hüceyrələrin kontrolsuz böyüməsinə səbəb ola bilər və buda öz növbəsində normal toxumadan törəməyə inkişaf edər. Bu xüsusiyyət valideyindən övlada ötürülə bilər.

Hipofiz adenomlarının simptomları nələrdir?

Hipofiz adenomlarının simptomları, tümörün ifraz etdiyi hormondan və basdığı ətraf toxumadan asılıdır.

Hormonların normadan artıq ifrazı aşağıdakı halları yarada bilər:

  • Böyümə hormonunun artıq ifrazı uşaqlarda giqantizm və böyüklərdə akromegaleyaya( bədənin müxtəlif üzvlərinin qeyri-bərabər böyüməsi) səbəb olur.
  • Adrenikortikotropik hormonun normadan artıq ifrazı, böyrəküstü vəzin steroid ifrazını artırır və buda öz növbəsində Kuşıng xəstəliyinə səbəb olur.
  • Hipertiroidizm, TSH hormon ifraz edən adenomalarda.
Hipofiz adenomlarının ümumi simptomları
  • Baş ağrısı
  • Görmənin zəifləməsi (iki görmə, görmənin tamamilə itməsi)
  • Ürəkbulanma və qusma
  • Əhvalın dəyişməsi, agressiya, depressiya və həyəcanlanma
  • Qoxu hissinin dəyişməsi
  • Burun axması
  • Cinsi pozğunluq
  • Sonsuzluq
  • Halsızlıq
  • Çəki artımı və ya azalması
  • Oynaq ağrıları və əzələ zəifliyi
  • Erkən menopauza
  • Aybaşı siklinin pozulması
Endoskopik cərrahiyənin üstünlükləri

Neyrocərrahiyə mərkəzimizdə hipofiz adenomlarına cərrahi yanaşma birqayda olaraq endoskopik yolladır. Hipofiz adenomlarının cərrahi müalicəsində endoskopun istifadəsi tərəqqi göstərmişdir. Endoskopik `endonasal yanaşma zamanı yüksəlir. • Görülməsi və çatılması çətin törəmələrin çıxarılma qabiliyyəti. • Əməliyyat sahəsinin dəqiq və yüksək səviyyəli görünüşü. • Neyrocərrahın mikrocərrahi alətlərlə əməliyyatı icra etmə qabiliyyəti. Əməliyyatın əsas üstünlüklərindən biridə odurki, cərrah əməliyyatı burun dəliyindən girərək etdiyi üçün, üzdə və başda istənilməyən çapıqlar olmur. Xəstələr adətən növbəti gün evə yazılır.

Endoskop nədir?

Endoskop 4 mm diametri olan və işıq mənbəyinə qoşulmuş kameradır. Burun dəliyindən icra olunan əməliyyat zamanı, boruda yerləşən xüsusi linzalar, əməliyyat sahəsini detallı və yüksək səviyyəli görüntüləməyə imkan yaradır. Bununla yanaşı törəmənin dissekə olunmasında və çıxarılmasında xüsusi endoskopik mikrocərrahi alətlər istifadə olunur.

Endoskopik hipofiz adenoması əməliyyatları necə icra olunur?

Endoskopik endonasal yanaşma zamanı geniş açılış və əla görüntü, ənənəvi yolla icrası mümkün olmayan törəmələrin tamamilə çıxarılmasına imkan yaradır. Endoskopik endonasal yanaşmanı həyata keçirmək üçün, xüsusi hazırlıqdan keçmiş cərrahlar komandası gərəkir. Bakı Neyrocərrahiyə Mərkəzinin neyrocərrahi komandası ölkəmizdə bu əməliyyatı həyata keçirən çox az komandalardan biridir və ya yeganə komandadır – optional.

Endoskopik cərrahiyə mənim üçün uygundurmu?

Öncəliklə bunu neyrocərrahla müzakirə etməli, törəmənin ölçüsü, tipi və yerləşməsi izah edilməlidir. Bəzi hallarda alternativ minimal invaziv metodlar daha uyğun və ya əlverişli ola bilər.