Epilepsiya

Epilepsiya xroniki bir xəstəlikdir. Təkrarlanan tutulmalarla xarakterizə olunur.
Epilepsiya zamanı müşahidə edilən tutmalar beyinin elektrik fəaliyyətindəki pozğunluqlardan qaynaqlanır. Epileptik tutmaları beyin zədəsi və ya irsi faktorla əlaqəli ola bilər, lakin bir çox hallarda səbəbi məlum deyil. Dünyada 65 milyondan çox insan epilepsiyadan əziyyət çəkir.

Dərmana Rezistent Epilepsiya Nədir?

Epilepsiya əksər hallarda dərmanlarla nəzarət altına alınabilən bir xəstəlikdir. Bəzi xəstələrin bir və ya bir neçə dərman qəbuluna baxmayaraq qıcolmaları davam edirsə, dərmana rezisten epilepsiya olaraq dəyəyrləndirilir.

Kimlər Epilepsiya Cərrahiyyəsinə Namizəddir

Ən az iki antiepileptikin, 1 il, yüksık doza ilə istifadəsinə baxmayaraq hələ də həyatını məhdudlaşdıracaq qədər qıcolmaları olan xəstələr cərrahiyyəyə namizəddirlər.

Epilepsiya Cərrahiyyəsi Nədir?

Epilepsiya cərrahiyyəsindəki məqsəd qıcolmalara səbəb olan bölgələrin xaric edilməsidir.

Xəstənin Dəyərləndirilməsi Necə Olmalıdır?

Epilepsiya cərrahiyyəsini gedəcək xəstələr Nevroloq və Neyrocərrahlar tərəfindən müəyyən edilir. Dərman qəbuluna baxmayaraq qıcolmaları davam edən xəstələr bir neçə mühüm diaqnostik metodlarla dəyərləndirilir. Bunlar arasında EEG (elektroensefaloqrafiya), video EEG, MRT və PET xüsusi əhəmiyyət kəsb edir.

Epilepsiya xəstələrini əməliyyat etmək üçün hansı cərrahi metodlardan istifadə edilir?

  • Fokal rezeksiya
  • Temporal lob (gicgah payı) rezeksiyası
  • Ekstratemporal Rezeksiya (alın, təpə, ənsə)
  • Lezyonektomiya
  • Multiple subpial rezeksiya
  • Anatomik və Funksional Hemisferektomiya və Hemisferotomyiya
  • Korpus kallozotomiya
  • Vaqal Sinir Stimulasiyatoru taxılması (VNS)

Fokal rezeksiya

Qıcolmalara səbəb olan beyin sahəsinin rezeksiya edilməsinə fokal rezeksiya deyilir. Xaric edilən hissəyə epilepsitk focus adı verilir.

Temporal Lob Rezeksiyası

Temporal lob rezeksiyası – beynin gicgah payının bir hissəsinin xaric edilməsidir. Bu əməliyyat zamanı gicgah payı ilə bərabər eyni tərəfin amigdala və hippocampusu da xaric edilir. Epilepsiya cərrahiyyəsi məqsədi ilə ən çox bu əməliyyat növü icra olunur. Müvəffəqiyyət nisbəti ən yüksək olan əməliyyat növüdür. Belə ki, bu əməliyyatdan sonra pasientlərin 90-92 % qıcolmalardan tam azad olabilir.

Lezyonektomiya

Qıcolmaya səbəb olan lezyonun xaric edilməsidir. Əksər hallarda buna səbəb beyin şişləri, kavernoma və ya arteriovenoz malformasiya (AVM) olur.

Multiple Subpial Transections (MST)

Beynin xaric edilməsi mümkün olmayan bölgələrindən qaynaqlanan qıcolmalar zamanı bu metoddan istifadə olunur. Bu bölgələr nitq və hərəkət mərkəzləridir.

Anatomik və ya Funksional Hemisferektomiya və Hemisferotomiya

Beynin bir yarımkürəsinin tamamından qaynaqlanan qıcolmalar zamanı icra olunan əməliyyat növüdür. Bu əməliyyatla qıcolmaya səbəb olan beyin yarımkürəsi beynin digər bölgələrindən ayrılır.
Texniki olaraq Anatomik Hemisferektomiya, Funksional Hemisferektomiya və Hemisferotomiya adlanan növləri vardır. Hemimeqalensefaliya və Rasmussen sindromlu xəstələrdə icra olunur.

Korpus Kallozotomiya

Çoxsaylı tutamaları olan və beynin bir çox yerəndən qaynaqlanan qıcolmalar zamanı iki yarımkürələri bir-birindən ayırmaq məqsədi ilə icra olunan əməliyyat növüdür. Qıcolmaların yayılmasının qarşısını almaq məqsədi ilə icra edilir.

Vaqal Sinir Stimulyatoru (VSS) Taxılması

Epilepsiya əməliyyatlarının icra olunması imkansız olduğu halda VSS taxılır. Bu əməliyyat qıcolma sayını və şiddətini azaltmaq məqsədi daşıyır. Xəstələrin yarısında bu əməliiyatın nəticələri uğurlu olur.