Biz çok xoşbəxtik ki, Tural doktor kimi dəyərli bir insana və peşəkar cərraha rast gəldik və O, övladımızı xilas etdi.
Övladımız Murad 4 yaşında (2017-ci il, 4 Mart) anidən qıcolma keçirdi və komaya girdi. Müayinə nəticəsində məlum oldu ki, beyində şiş var və məsləhət gördülər ki, xarici ölkələrdən birinə gedək.
Xarici ölkədəki həkimlərə müraciət etdiyimiz zaman isə Tural Rəhimlini məsləhət gördülər. Doktor Turalla görüşdən sonra, övladımızı ona etibar edə biləcəyimizi anladıq. Bu etibar onun peşəkarlığı, savadı, insanlığı və səmimiyyəti sayəsində formalaşdı. 3 gün ərzində komada olan Muradımız Doktor Turalın 3 saatlıq uğurlu əməliyyatı nəticəsində ayıldı və bizlə danışmağa başladı. İndi Muradın 7 yaşı var və o digər uşaqlardan fərqlənmir, həyatına davam edir.
Muradımızı bizə qaytaran doktorun şərəfinə 3-cü övladımıza Tural adını qoyduq və ömrümüz boyunca Dr. Turala minnətdar olacağıq.
Çünki, O bizə məhz ARZUMUZU, ÜMİDİMİZİ qaytardı!
Beyin əməliyyatı olmuş Murad Dünyamalıyevin ailəsi
Düz deyirlər Azərbaycanımızın №1 doktoru. Siz əməliyyat etdiyiniz xəstələrinizi ikinci dəfə dünyaya qaytarırsınız. Əlləri şəfalı doktorumuz. Nə yaxşı ki sizin kimi həkimlərimiz var. 26 il eziyyet çekdiyim epilepsiyaya sizin sayenizde son qoydum.
Epilepsiya əməliyyatı olmuş Xalidə Abdullayeva
Allah sizi qorusun “Beyin zərgəri” həkimim. Siz mənə ağrısız həyat qismət elədiniz. Sizin kimi oğullarla fəxr edirəm.
Beyin əməliyyatı keçirmiş Nuriyyə Bayramova
Uğurlar arzu edirəm doktor sayənizdə həyatıma normal davam edirəm. Əllərinizə sağlıq nə qədər yaxşı savadlı həkimlərimiz olsa o qədər insanlarımız sağlamlığına qovuşar.
Ülviyyə Qəhrəmanova
Uzun müddət davam edən epilepsiyadan sonra Allahın izniylə savadlı, peşəkar doktorun ümidlə danışması bir pasiyent üçün çox qiymətli kəlmədir.
Epilepsiya əməliyyatı olmuş Röya Şükürova
Ayanın babası olaraq sizə minnətdaram. Balamı Türkiyə, Gürcüstana müalicə üçün apardım, ancaq şəfasını sizdə tapdım. Allah sizi qorusun.
Beyin əməliyyatı olmuş Ayanın babası İlqar Vəliyev
Əməliyyat videolarınıza baxa-baxa uşağımın əməliyyat dönəmini yenidən yaşamış oldum. 2 aylıq qızım ələliyyat olunmasa idi həyatını itirəcəkdi. Allah sizi var eləsin... Bu qədər insana savadınız, təcrübəniz, bacarığınız ilə yardım edirsiniz. Çox sağ olun.
Beyin əməliyyatı olmuş Rüqayya Qurbanlının anası
Xəstəliklər qorxulu yuxu, həkimlər işıqlı səhərdir. Səhər al şəfəqləriylə açılar, kabuslar məhv olar. Uzun illər epilepsiyadan əziyyət çəkirdim. Artıq hər şey yolundadır. Təşəkkürlər Tural DR.
Epilepsiya əməliyyatı olmuş Aysel Feyzullayeva
Mənim bu il martın 4-də sizin sayənizdə ikinci doğum günüm keçirildi.... 1 yaş.... Təşəkkürlər!
Beyin əməliyyatı olmuş Sevda Hüseynova
Uğurlarınız bol olsun. Hər yeni addımınızla xəstələriniz şəfa tapsın. Anam sizi üzündə xoş təbəssümlə xatırlayır. Təkcə xəstə ilə danışığınızda artıq xəstəniz sağalmağa doğru bir addım atır. Sizi sadəcə alqışlayıram.
Ülviyyə Qafarova
Mənim anamı həyata qaytaran Tural doktor... Hər ailəyə belə xoşbəxtlik qaytarırsan.... Allah sənə və ailənə xoşbəxtlik nəsib etsin... Səmimi, gözəl insan.
Aynurə Babayeva
Gözəl insan.... Siz hər zaman bizim ürəyimizdəsiz. Mənim qızımıda hipofiz əməliyyatı etmisiz. Əməliyyatı uğurla keçib. Nə yaxşı ki sizin kimi savadlı həkimlər var.
Sevinc Gülməmmədova
Bir xəstənin gözlərindəki təbəssümdə, qəlbindəki sevincdə payının olduğunu hiss etmək mükəmməl bir duyğudur. Arzu edirəm ki pasientlərinizin gözlərində hər zaman sevinc qığılcımları görəsiniz.... Sizə bu işlərinizdə uğurlar diləyirəm.