Beyin şişləri, beynin anormal hüceyrələrinin çoxalmasından yaranan kütlədir
Beyin şişlərinin bir çox növləri mövcuddur. Bəzi şişlər xoşxassəli, bəziləri isə bədxassəli olur. Beyin şişləri birincili olaraq beyin toxumasından yarana bilər və ya bashqa orqandan siraət edə bilər ki, buna metastatic beyin şişləri deyilir.
Beyin şişlərinin böyümə sürəti müxtəlif ola bilər. Törəmənin sinir siteminə təsiri onun böyümə dərəcəsindən və şişin yerləşdiyi nahiyyədən asılıdir.
Bu növ şişlərin müalicəsi, törəmənin növündən, ölçüsündən və yerləşdiyi sahəyə görə aparılır.
Növləri
- Akustik Nevrinoma
- Astrositoma
- Metastatik şişlər
- Xoroid pleksus karsinoması
- Kraniofarengioma
- Bətndaxili şişlər
- Ependimoma
- Qlioblastoma
- Qlioma
- Medulloblastoma
- Meningioma
- Oligodendroglioma
- Pediatric Brain Tumors
- Pineoblastoma
- Hipofiz adenomları
Simptomlar
Beyin şişlərinin yaratdığı şikayətlər və simptomlar, şişin ölçüsündən və yerləşdiyi yerdən asılıdır.
Əsas simptomlar aşağıdakılardır
- Yeni başlamış və əvvəlikərdən fərqli olan baş ağrıları
- Tədricən artan və güclənən baş ağrıları
- İzaholunmayan ürəkbulanma və qusma
- Görmə problemləri, məsələ çəpgörmə, torlu görmə və ya yan görüntünün itməsi
- Yuxarı və aşağı ətraflaradan tədricən yaranan keyimə
- Müvazinət pozğunluğu
- Nitq pozğunluğu
- Gündəlik yaşamda çaşqınlıq
- Şəxsiyyət və davranış pozğunluğu
- Qıcolmalar, xüsusənda əvvəl hec qıcolma keçirməmiş insanlarda
- Eşitmə problemləri
- Yuxarıdakı hallar baş verərsə və davamlı olarsa mütləq həkimə müracət edin.
Beyin şişləri necə yaranır?
Birincili beyin şişləri, beynin öz toxümasından və ya beyini örtən qabıq membranından , kəllə sinirlərindən, hinpofiz vəzindən və ya epıfız vəzindən inkişaf edir.
Beyin şişləri normal beyin hüceyrələrinin DNT aparatında səhvlər(mutasiyalar) baş verdikdə yaranır. Bu mutasiyalar nəticəsində hüceyrənin böyümə və çoxalma prosesi olduqca sürətlənir. Nəticədə anormal hüceyrədən təşkil olunan bit kütlə yani şiş yaranır.
Yetışkin insanlarda birincili beyin şişləri, ikincili beyin şişlərinə nisbətdə daha az görülür, buda o deməkdirki ikincili beyin şişləri başqa orqanlardan beynə metastaz edir.
Birincili beyin şişlərinin bir çox növləri vardir və hərə adını uyğun olaraq inkişaf etdiyi hüceyrədən alır.
Qliomalar
Bu törəmələrə baş beyin və onurğa beyində rast gəlinir və bunlara astrositoma, ependimoma, qlioblastoma, oliqoastrositoma və oliqodendroqliomalar daxildir.
Meningiomalar
Meningiomalar baş beyin və onurğa beynini örtən qışalardan yaranır. Əksər meningiomlar xoşxassəlidir.
Akustik nevrinoma (Şvannoma)
Bu şişlər daxili qulaqdan beyinə gedən, eşitmə və müvazinətimizi idare edən sinirdən inkişaf edir və xoşxassəlidir.
Hipofiz adenomları
Bu növ törəmələrdə əsasən xoşxassəli olub kəllə əsasında yerləşən hipofiz vəzindən inkişaf edir. Belə şişlər hipofizin ifraz etdiyi hormonlara təsir göstərə bilər.
Medulloblastomalar
Əsasən uşaqlarda götülən bədxassəli şişlərdir və beynin arxa nahiyyəsində, arxa kəllə çuxurunda görülür. Beyin onurğa mayesi ilə onurğa beyninə yayila bilir və cox nadirdə olsa yetişkinlərdədə görülə bilir.
Kraniofarengiomalar
Xoşxassəli olub hipofiz vəzinə yaxın bölgədə əmələ gəlir. Ətraf toxumalara kütlə effekti edərək hipofiz vəzinin və başqa strukturların işini poza bilir.
Başqa orqandan beyinə sıçrayan törəmələr
Bunlara metastatik və ya ikincili beyin şişləri deyilir, hansıki başqa orqandan inkiıaf edir və har hansı yolla beyinə yayılır. Əsasən bədxassəli şiş tarixçəsi olan xəstələrdə görülür, amma nadir hallarda ikincili törəmə ilk simtomları verə bilər.
Yetişkinlərdə metastatik şişlər birincili beyin törəmələrinə nisbətdə daha çox görülür.
Hər növ bədxassəli şiş beyinə metastaz verə bilər, amma aşağıda sadalananlar ən çox görünlərdir.
- Süd vəzisi xərçəngi
- Yoğun bağırsaq xərçəngi
- Böyrək xərçəngi
- Ağciyər xərçəngi
- Melanoma (dəri xərçəngi)
Risk faktorları
Əksər hallarda birincili beyin şişlərinin yaranma səbəbi bilinmir. Amma həkimlər bir neçə faktoru aydınlaşdırmağa nail olublar.
Şüalanmaya məruz qalmaq
İon şüalarına məruz qalmış insanlarda beyin şişlərinin yaranma riski olduqca yüksəkdir. İon şüalarına onkologiyada müəyyən növ xərçəng xəstəliyinin müalicəsində istifadə edilən və atom bombası partlayışı zamanı yaranan şüaları misal göstərmək olar.
Ailədə və ya yaxın qohumluqda beyin şişi tarixçəsi
Beyin şişlərinin cox az hissəsi irsi olaraq genetik sindrom şəklində görülür. Ailədə və yaxın qohumlarda beyin şişlərinin görülməsi.